2022-05-14

Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun 100 illiyi ilə əaqədar II MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçiriləcək.

II MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi:

Fikrət Əmirov

 

Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti (Nyu-York) Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi ilə əaqədar II MMQMC Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi keçirir. Müsabiqənin məqsədi bəstəkarın yaradıcılığının dünyada geniş təbliğ edilməsi, onun əsərlərinin plagiatdan qorunması və ustadın musiqi irsinə yeni səhnə həyatının verilməsidir.

 

Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin Şərtləri:

 

Müsabiqəyə yaşından asılı olmayaraq dünyanın bütün ölkələrindən bəstəkarlar qatıla biləcək. İştirakçılar Əmirovun Təşkilat Komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusunun biri, və ya bir neçəsi əsasında bəstələdikləri instrumental (5 ifaçıdan çox olmayaraq) əsəri təqdim etməlidirlər. Əsərlər münsiflər heyətinə audio yazı və həmçinin PDF faylı şəklində təqdim edilməlidir. Yeni yazılan əsərin adlığın.da F. Əmirovun adı və melodiyanın mənbəyi qeyd olunmalıdır.

Müsabiqənin keçirilməsi 2022-ci ilin yanvar-noyabr aylarına təsadüf edir. Yanvarın 25-də müsabiqənin şərtləri elan olunub, İyulun 1-ə qədər əsərlər təqdim olunmalıdır. Avqustun 15-ə qədər münsiflər heyəti əsərlərlə tanış olub onlara qiymət verəcək. Sentyabrın 18-i - Azərbaycanın Milli Musiqi günündə I, II və III yerlərin laureatları elan olunacaq, onlara pul mükafatları (3,500 dollar) və müsabiqənin Diplomları təqdim olunacaq. Ən yaxşı əsərlər (sayı məhdud deyil) toplu şəklində ABŞ-da nəşr olunacaq və bütün dünyada yayılacaq. Qalib olan əsərlərin premyerası sentyabrda Bakıda keçirilən Ü.Hacıbəyli adına Beynəlxalq Festivalında, oktyabrda isə Nyu Yorkun məşhur Linkoln Mərkəzində keçiriləcək qala konsertdə səslənəcək.

 

Ətraflı məlumat üçün https://nmgcs.co/ saytına baxın.

 

Arxiv üzrə axtarış