COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasına giriş qaydaları

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında və 2020-ci il 11 iyun tarixli Qərar təsdiq olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:


1.    Hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslərə;

2.    Quru sərhədləri vasitəsilə yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş xüsusi icazə əsasında.

 

Qeyd: Əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasını quru yolu vasitəsilə zəruri icazə tələb edilmədən tərk edə bilərlər. 

Arxiv üzrə axtarış