Xorvatiyaya səfər etmək istəyən vətəndaşlarımız üçün arayış

Xorvatiyaya səfər etmək istəyən vətəndaşlarımız üçün arayış

Ümumi məlumat:

Ölkənin rəsmi adı: Xorvatiya Respublikası
Paytaxt: Zaqreb şəhəri
Ərazisi: 56.594 km²
Əhalisi: 4 milyon 380 min nəfər
Dövlət dili: Xorvat dili

Din: Katolik xristian

İnternet domen: hr
Valyuta: Euro

Viza rejimi: 12 mart 2012-ci il tarixində“Azərbaycan Respublikası Hökuməti ilə Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş gəlişi haqqında Saziş” imzalandıqdan sonra yalnız ümumvətəndaş pasportlarına malik Azərbaycan Respublikası vətəndaşları Xorvatiyaya səfər etmək üçün viza əldə edirlər.

Xorvatiya Respublikasına səfər etmək niyyətində olan Azərbaycan Respublikası vətəndaşları Xorvatiya Respublikasının Bakıdakı Səfirliyinə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Xaqani küç 45A, Landmark II, 3-cü mərtəbə

Tel.: +994 12 404 07 10, 404 07 08, Mob.:+994 55 543 3932

Elektron poçt: croemb.baku@mvep.hr

 

2013-cü ilin 1 aprel tarixindən Xorvatiya Respublikası Avropa İttifaqının Ümumi Viza Siyasətinə qoşulmuşdur. Buna müvafiq olaraq, ikikeçidli və çoxkeçidli (double and multiple) şengen vizasına malik əcnəbilər Xorvatiyaya xorvat vizası olmadan səfər edə bilərlər.

Hava nəqliyyatı imkanları: Azərbaycanla Xorvatiya arasında birbaşa hava əlaqəsi mövcud deyildir. Xorvatiyaya səfər etmək niyyətində olan Azərbaycan Respublikası vətəndaşları Bakı-İstanbul-Zaqreb, Bakı-Vyana-Zaqreb, Bakı-Belqrad-Zaqreb və s. uçuşları alternativ olaraq seçə bilərlər.

Azərbaycanla vaxt fərqi:  Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında zaman fərqi +3 saat təşkil edir. Yəni Xorvatiya Azərbaycandan 3 saat geri qalır.

İqlim: Xorvatiya Respublikasının şimalında kontinental, mərkəzində dağ iqlimi və cənub bölgəsində isə Aralıq dənizi iqlimi mövcuddur. Qışda temperatur kontinental ərazilərdə -10°C-yə, dağlıq ərazilərdə -5°C-dən +5°C-yə, dənizsahili bölgələrdə isə 0°C-dən +10°C-yə çatır. Yayda isə dənizsahili bölgələrdə +25-30°C, dağlıq ərazilərdə +15-20°C və kontinental ərazilərdə isə +25°C təşkil edir.

Milli valyuta:  Xorvatiya Kunasının Avroya və ABŞ dollarına olan məzənnəsi demək olar ki sabitdir.

 

Orta məzənnə 1 avro=7,5 kuna və 1 ABŞ dolları=6.1 kuna təşkil edir. Ölkədə yalnız yerli valyutadan istifadə edilir. Yerli valyuta dəyişmə məntəqələrində valyuta mübadiləsi həyata keçirilən zaman pasportun təqdim edilməsi vacibdir. Yerli qanunvericiliyə əsasən Xorvatiya Respublikasına maksimum 10000 (on min) avro və ya qeyd edilən miqdarın ekvivalenti qədər xarici valyuta gətirilməsinə icazə verilir.

Əlavə məlumat əldə edilməsi üçün Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi haqqında aşağıdakı məlumatları diqqətinizə təqdim edirik:

Ünvan: Srebrnjak 104, Zaqreb şəhəri

İş vaxtı: Bazar ertəsi - cümə 09:00-18:00

Telefon: +385 1 643 89 00

Elektron poçt ünvanı: zagreb@mission.mfa.gov.az

 

 

 

Arxiv üzrə axtarış