Xorvatiyaya səfər edənlərin nəzərinə!

Xorvatiya Respublikası Hökumətinin 19 avqust 2021-ci il tarixindəki iclasında “Viza rejiminə dair Qərar” qəbul edilmişdir.

Qərarın 9-cu maddəsinə əsasən üçüncü ölkədən Xorvatiyaya gələn əcnəbilərə Xorvatiya Respublikası ərazisində qalma müddəti ərzində özünü təmin edəcək və vətəninə dönmək və ya digər ölkəyə getmək üçün yetərli maliyyə vəsaitinin olması tələbi qoyulmuşdur. Xorvatiya Respublikası sərhəd nəzarətinə cavabdeh qurum əməkdaşlarına ölkəyə gələn əcnəbilərdən sözügedən maliyyə vəsaitini sorğu etmək səlahiyyəti verilmişdir. Ölkəyə gələn üçüncü ölkə vətəndaşları aşağıdakılardan birini təqdim etməlidirlər:

  • Hər qalacağı gün üçün 70 avro miqdarında vəsaitə malik olduğununa dair sübut.
  • Xorvatiya Respublikasında fəaliyyət göstərən hotel, istirahət mərkəzi və bu qabildən digər fiziki və ya hüquqi şəxsdən sifarişə dair təminat məktubu. Xidmət artıq ödənilibsə hər gün üçün 30 avro miqdarında vəsaitə malik olduğununa dair sübut.
  • Əcnəbinin qalması və ölkədən çıxışı ilə bağlı xərcləri üzərinə götürməsinə dair Xorvatiya Respublikasının fiziki və ya hüquqi şəxsindən təminat məktubu.

COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində Xorvatiyaya gəliş üçün tətbiq olunan qaydalar barədə məlumat aşağıdakı linkdən əldə oluna bilər:

https://mup.gov.hr/uzg-covid/english/286212

Arxiv üzrə axtarış