2019-08-19

18-23 noyabr tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 18-23 noyabr tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün alıcıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 18-23 noyabr 2019-cu il.

Alıcıların maksimum sayı: 10.

Alıcı missiyasında iştiraka imtinanın son tarixi: 10 oktyabr 2019-cu il.

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

  • Qida sənayesi;
  • Şərab və spirtli içki istehsalı.

Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:

  • Almaniya Federativ Respublikası;
  • Polşa Respublikası;
  • Xorvatiya Respublikası.

Alıcı missiyasında iştirak edən xarici şəxslərin Azərbaycana səfəri ilə bağlı mehmanxana, beynəlxalq hava nəqliyyatı və ölkədaxili nəqliyyat (taksi istisna olmaqla) xərcləri İqtisadiyyat Nazirliyi tərəfindən təmin olunacaq.

Alıcı missiyasında iştirak edəcək alıcılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Alıcı missiyasında iştirak edəcək xarici şəxslərin müəyyən edilməsi Meyarları" əsasında 4 oktyabr 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq. 

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

Alıcı missiyasında iştirakla bağlı Şərtlər;

Alıcını alıcı missiyasında təmsil edəcək şəxsin xarici pasportunun surəti;

Alıcı və onun alıcılıq qabiliyyəti barədə məlumat.

Sənədlər aşağıdakı ünvan üzrə 20 sentyabr 2019-cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Tural Hacılı

AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 160)
E-mail: tural.hajili@azpromo.az

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az

Arxiv üzrə axtarış