2018-11-14

“Diplomacy&Commerce” nəşrinin “İnFocus” jurnalı – oktyabr buraxılışı tamamilə Azərbaycana həsr olunmuşdur

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən Azərbaycanın müstəqillik tarixinə, mədəniyyətinə və ölkənin təbliğinə həsr olunan tədbirlər çərçivəsində Xorvatiyanın siyasi və biznes dairələri arasında böyük oxucu kütləsinə malik, aylıq əsasda ingilis dilində dərc olunan “Diplomacy&Commerce” nəşrinin “İnFocus” adlı jurnalının – oktyabr buraxılışı tamamilə Azərbaycana həsr olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05-06 sentyabr 2018-ci il tarixində Xorvatiyaya rəsmi səfəri və Azərbaycan-Xorvatiya münasibətlərinə dair məlumatlar yer almışdır.

Jurnalda müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr edilən, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması, müasir dövrə xas dövlət təsisatlarının yaradılması ənənələrini, müstəqilliyin yenidən bərpa olunmasından sonra müstəqilliyin qorunub saxlanılması və gücləndirilməsində Heydər Əliyevin müstəsna xidmətləri haqqında məlumat verən “Tarixin şanlı səhifəsi” adlı mətn yer almışdır.

Jurnalda Azərbaycanın Xorvatiyada fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanovun, Xorvatiyanın keçmiş prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç və “SOCAR” Balkanın rəhbəri Murad Heydərovun məqalələri dərc olunmuşdur.

Ölkəmizin iqtisadi potensialını təbliğ edilməsi etmək məqsədilə yeni Bakı dəniz limanı və Azərbaycan ilə Xorvatiya arasında iqtisadi əlaqələrə dair məqalələr yer almışdır.

Eyni zamanda Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin təbliğ edilməsi və beynəlxalq elmi və təhsil dairələrində yüksək nüfuza malik ADA universiteti haqında məlumatlar yer almışdır.

Ermənistanın ölkəmizə qarşı işğalçı siyasəti haqqında “İşğal altında olan mübarək torpaq” başlıqlı məqalə dərc edilmişdir. Burada ermənilərin törədikləri vəhşilik və vandalizmdən, Azərbaycanın torpaqlarının Ermənistanın işğalı altında olması, bir milyon qaçın və məcburi köçkünlərin olmasından bəhs edilir.

Jurnalda Azərbaycanda turizmin sürətli inkişafından, bu istiqamətdə aparılan layihələr barədə məqalə və ölkəmizin mədəniyyətini, tarixini təbliğ edən fotoşəkillər əks etdirilmişdir.

http://e.issuu.com/embed.html#29643152/65344666

Arxiv üzrə axtarış