2018-11-02

Xorvatiyanın iqtisadiyyat, sahibkarlıq və sənətkarlıq naziri Darko Horvat ilə görüş

29 oktyabr tarixində səfir Fəxrəddin Qurbanov  Xorvatiyanın iqtisadiyyat, sahibkarlıq və sənətkarlıq naziri Darko Horvat ilə görüş keçirmişdir. Görüşdə nazir Horvat iki ölkı arasında dostluq əlaqələrinin və geniş ikitərəfli əməkdaşlığın qurulduğunu vurğulayaraq, Xorvatiyanın qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqtisadiyyat sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verdiyini bildirmişdir.

Hər iki tərəf razılaşdı ki, əsasən əczaçılıq sənayesi və enerji sahələrində cəmləşən mövcud əməkdaşlığa əlavə olaraq gəmiqayırma, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrində də əməkdaşlığı genişləndirmək üçün potensial  mövcuddur.

 

Arxiv üzrə axtarış