2018-03-16

9 mart 2018-ci il tarixində Azərbaycanın Xorvatiyadakı səfiri F.Qurbanov Zaqreb şəhərinin meri c-b. Milan Bandiç ilə görüş keçirmişdir.

9 mart 2018-ci il tarixində Azərbaycanın Xorvatiyadakı səfiri F.Qurbanov Zaqreb şəhərinin meri c-b. Milan Bandiç ilə görüş keçirmişdir.

Səfir F.Qurbanov merə ölkəmizdə baş tutan yüksək səviyyəli beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən Birinci Avropa Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi, İslam Həmrəyliyi Oyunları haqqında da məlumat vermiş və bildirmişdir ki, Bakı ilə Zaqreb arasında ictimai nəqliyyat, abadlıq və digər sahələrdə təcrübə mübadiləsinin aparılması üçün təmasların genişləndirilməsi məqsədəmüvafiq olardı. Qeyd edək ki, Zaqreb şəhəri ardıcıl son 3 il ərzində Avropanın ən yaxşı Milad Bazarı adına layiq görülmüşdür.

M.Bandiç Zaqreb-Bakı əməkdaşlığına dair mümkün perspektivləri nəzərdən keçirilməsini müsbət qarşılalamışdır. M.Bandiç bu istiqamətdə işlərin görülməsi üçün heç bir maneənin olmadığını vurğulamışdır.

Görüşlərin sonunda həmsöhbətlər gələcəkdə də mövcud olan səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyi ifadə etmişlər.

Arxiv üzrə axtarış