2018-02-27

Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi 23-25 fevral 2018-ci il tarixlərində Xorvatiyanın Virovititsa şəhərində keçirilmiş sayca 23-cü “ViroExpo 2018” şirkət, sənət və kənd təsərrüfatı yarmarkasında iştirak etmişdir.

Azərbaycan Respublikasının Xorvatiyadakı Səfirliyi 23-25 fevral 2018-ci il tarixlərində Xorvatiyanın Virovititsa şəhərində keçirilmiş sayca 23-cü “ViroExpo 2018” şirkət, sənət və kənd təsərrüfatı yarmarkasında iştirak etmişdir. Azərbaycan üçün ayrılmış stenddə Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrini, investisiya və kənd təsərrüfatı imkanlarını əks etdirən bukletlər, milli mədəniyyətimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, Azərbaycan xalçaları haqqında nəşrlər, “Azərbaycan İxrac Kataloqu”, ölkəmiz ilə bağlı xorvat dilinə tərcümə olunmuş broşuralar, Azərbaycan istehsalı şərab və düyü nümunələri nümayiş etdirilmiş və qonaqlara paylanmışdır.

Xorvatiyanın Baş naziri A.Plenkoviç, iqtisadiyyat naziri M.Daliç, kənd təsərrüfatı naziri T.Toluşiç və digər rəsmi şəxslərin qatıldığı yarmarkada 29 ölkədən olan 700-dən çox şirkət iştirak etmiş, 30 minə yaxın nəfər sərgini ziyarət etmişdir. Tədbirdə ölkəmizlə yanaşı bir sıra xarici ölkələr, o cümlədən Türkiyə, Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Monteneqro, Çexiya, Fransa, Hindistan, İtaliya, Çin, Makedoniya, Niderland, Almaniya, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Serbiya, İsveç və Ukrayna təmsil olunmuşlar. Yarmarkada hər il bir ölkə tərəfdaş ölkə qismində təmsil olunur ki, “ViroExpo 2018”-də tərəfdaş ölkə Albaniya olmuşdur.

Qeyd edilməlidir ki, “ViroExpo” yarmarkası Xorvatiyanın Prezidentinin Ofisi, Hökuməti, İqtisadiyyat, Turizm, Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə keçirilir.

Arxiv üzrə axtarış