XVI Bakı Yay Enerji Məktəbi
ADA Universitetinin inkişaf və Diplomatiya institutu, SOCAR və BP Azərbaycan şirkətlərinin dəstəyi ilə 16-30 iyul, 2022-ci il tarixlərində XVI Bakı Yay Enerji Məktəbi keçiriləcəkdir. Ötən illərdə olduğu kimi, bu il də keçirilən sertifıkat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcəkdir. iştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik, təbii resursların idarəolunması və bərpa olunan enerji kimi bir çox məsələlərlə geniş şəkildə tanış olacaqlar.
Ərizələrin qəbulu proqramın rəsmi səhifəsi www.ada.edu.az/summerschool vasitəsilə həyata keçiriləcəkdir.
Daha ətraflı məlumat ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar.