news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2019

Xarici fotoqraflar üçün "Truth Photographers" layihəsi

"Xocalıya ədalət" Beynəlxalq Kampaniyası və Azərbaycan Respublikasının Gənclər Fondu xarici fotoqraflar üçün "Truth Photographers" layihəsinin təqdimatını elan edir.

Layihənin əsas məqsədi 15-20 fevral 2019-cu il tarixlərində xarici ölkələrdə yaşayan nüfuzlu gənc fotoqrafların ölkəmizə dəvət olunması və onların obyektivləri vasitəsilə Xocalı soyqırımından xilas olan ailələrin, insanların hekayələrinin dünyaya çatdırılmasıdır.

Layihədə iştirak etmək istəyənlər online müraciət edə bilərlər (http://youthfoundation.az/truthinphotos).

Ərizə üçün son tarix 5 fevral 2019-cu ildir.

Fotoqraflar Azərbaycana səfər edəcək və Xocalı soyqırımı qurbanlarının dəhşətli hadisələrinin şahidləri ilə görüşəcəklər. Fotoqraflar öz ölkələrinə qayıtdıqdan sonra fotoşəkillərin sərgisini təşkil etməyə dəvət olunur.

Ziyarət edən fotoqrafların bütün səyahət və məskunlaşma xərcləri Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən qarşəlanacaq.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti