Cari ilin mart ayının 11-də Səfir K.Xasiyev Bakar/Kukulyanovo Sənaye Zonasına səfər etmişdir. Səfərin əsas məqsədi Xorvatiyanın ən iri və inkişaf etmiş azad iqtisadi zonası (AİZ) ilə tanış olmaq və Azərbaycanın biznes dairələri ilə əməkdaşlığın mümkünlüyünün araşdırılması olmuşdur.