news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 31 dekabr 2020

Milad və Yeni il Bayramı Xeyriyyəsi

21 dekabr 2020-ci il tarixində Səfirlik tərəfindən Xorvatiyada milli azlıqları təmsil edən “Kali Sara” Birliyinin rəhbəri x-m. S.Krcmar və millət vəkili c-b. V.Kaytaziyə qida məhsullarından ibarət bayram qutuları təqdim edilmişdir. Sözügedən yardım Milad və Yeni İl bayramı öncəsi “Kali Sara” tərəfindən imkansız ailələrə paylanması üçün nəzərdə tutulmuşdur.

Təqdimetmə mərasimində ilk öncə F.Qurbanov təşkilatın rəhbəri S.Krcmar və təsisçisi V.Kaytaziyə Səfirliklə uzun sürən əməkdaşlığa görə təşəkkür etmiş və Birlik tərəfindən milli azlıqların hüquqlarının qorunması üzrə görülən işləri yüksək qiymətləndirmişdir. F.Qurbanov təqdim edilmiş bayram sovqatını ehtiyacı olan ailələrə paylanmasında köməklik üçün “Kali Saraya” minnətdarlığını bildirmiş və əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etmişdir.

V.Kaytazi təşkilatın adından təqdim edilən ərzaq qutularını ən çox ehtiyacı olan ailələrə çatdıracaqlarını bildirmişdir. O qeyd etmişdir ki, belə bir çətin zamanda Azərbaycan Respublikasının Səfirliyinin diqqəti çox təqdirəlayiqdir və hazırki xeyriyyə tədbirinin bayram payını alan insanların ovqatına çox müsbət təsiri olacaqdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti