news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 noyabr 2017

İspaniya Krallığındakı vəziyyət ilə əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhləri

Azərbaycan Respublikası İspan Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Mövcud vəziyyətin İspaniya Krallığının konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq.

Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq ölkənin konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir.

Azərbaycan Respublikası artıq 30 ilə yaxındır bundan əziyyət çəkir. 80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. 

Azərbaycan və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdi və işğal edilmiş ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi.

Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti