Azərbaycan Cüdo komandası Avropa çempionu oldu
14-18 iyun tarixlərində Xorvatiyanın Zaqreb şəhərində veteran-usta cüdoçular arasında Avropa çempionatı keçirilib.
Yarışla bağlı fikirlərini bölüşən Azərbaycan cüdo federasiyasının rəsmisi Vüsal Cəfərov 800-ə qədər idmançının qatıldığı idman yarışına Azərbaycan komandasının 22 idmançı ilə təmsil olunduğunu və millimizin aktivinə 4 qızıl, 4 gümüş və 2 bürünc medal yazdırdığını bildirib. O, Zaqrebdə veteran cüdoçular arasında keçirilən Avropa çempionatının komanda yarışlarının da millimiz üçün uğurlu olduğunu və 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan Azərbaycan millisinin bütün rəqiblərinə qalib gələrək Azərbaycan cüdo tarixində ilk dəfə Avropa çempionluğunu qazandığını qeyd edib.
V.Cəfərov Azərbaycan cüdo federasiyasının son 2 ildə idmançılara verdiyi böyük dəstəyin nəticəsi olaraq cüdoçularımızın böyük uğurlara imza atdığını və Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycan komandasının nəticələrinin buna sübut olduğunu vurğulayıb. O, göstərilən qayğı və dəstəyə görə Azərbaycan Cüdo federasiyasının prezidenti Rövnəq Abdullayevə və federasiyanın vitse prezidenti, Neftçi i.s.m klubunun rəhbəri Sadıq Sadıqova komanda adından təşəkkürlərini ifadə edib, göstərilən qayğı və dəstəyin nəticəsi olaraq Xorvatiyadan medallar və Avropa çempionu olaraq ayrılmaqlarından xoşbəxt olduğunu bildirib.
Həmçinin, yarışla bağlı firkilərini bölüşən100 kq çəki dərəcəsində ilk dəfə Avropa çempionatına qatılan Vasif İbrahimov Zaqrebdə keçirilmiş Avropa çempionatının yüksək səviyyədə təşkil olunduğunu və təşkilatçılığa görə Xorvatiya tərəfinə minnətdarlığını ifadə edib. Yarışda idmançılarımıza verdikləri dəstəyə görə, Azərbaycanın Xorvatiyadakı səfirliyinə təşəkkürünü ifadə edən V.İbrahimov komanda olaraq əldə etdikləri nəticələrə və Azərbaycan bayrağını bir daha ən yüksək zirvəyə qaldırdıqlarından qürur hissi keçirdiyini bildirib.
http://az.trend.az/azerbaijan/sports/2768069.html