news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 aprel 2018

23 aprel 2018-ci il tarixində səfir Fəxrəddin Qurbanov Xorvatiyanın Koprivnitsa şəhərinə işgüzar səfər etmişdir.

23 aprel 2018-ci il tarixində səfir Fəxrəddin Qurbanov Xorvatiyanın Koprivnitsa şəhərinə işgüzar səfər etmişdir.                                                        

Səfər zamanı Koprivnitsa şəhərinin meri Mişel Yakşiç səfir F.Qurbanovu qəbul etmişdir. M.Yakşiç şəhərin tarixi haqqında qısa məlumat vermişdir. Daha sonra mer Koprivnitsanın müasir dövrdə əsasən sənaye şəhəri olduğunu qeyd edərək  burada mövcud imkanlar haqqında danışmışdır.                                                         
Cənab Yakşiç şəhərdə qida sənayesi üzrə Avropada çeşidli məhsulları ilə tanınan “Podravka” şirkətinin baş ofisinin yerləşdiyini qeyd etmişdir.

Koprivnitsaya səfər çərçivəsində Podravka şirkətinin baş ofisinə və  “Fran Galovic” gimnaziyasına tanışlıq səfərləri təşkil olunmuşdur.                                                  

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti