news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2019

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı doğum gününə həsr olunmuş tədbir

Cari ilin 10 may tarixində Azərbaycanın Xorvatiyadakı Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olması münasibətilə keçirilən tədbirdə Xorvatiyada fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, o cümlədən Rusiya, Qazaxıstanın Xorvatiyadakı səfirləri, Xorvatiya Parlamentinin deputatı V.Kaytazi, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Səfir F.Qurbanov dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən söz açaraq, ümummilli liderin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən hüquqi dövlət quruculuğu naminə müstəsna fəaliyyətindən, respublikamızın xarici siyasət sisteminin, iqtisadiyyat, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz rolundan danışmışdır.

Daha sonra Rusiyanın Xorvatiyadakı səfiri Anvar Azimov çıxış etmişdir. O, Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Sovet İttifaqının iqtisadiyyatı üçün mühüm qərarların verilməsində müstəsna rolundan danışaraq, Heydər Əliyevi dövrümüzün ən görkəmli siyasi xadimlərindən biri olduğunu vurğulamışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti