İkitərəfli münasibətlər
İkitərəfli münasibətlər
Ticarət və İqtisadi əməkdaşlıq

İqtisadi əməkdaşlıq

 

İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan-Xorvatiya əlaqələrinin prioritet məsələsidir. Azərbaycan Xorvatiya ilə maşınqayırma, gəmiqayırma, telekommunikasiya, farmakologiya, turizm və iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıq edir. Eyni zamanda Xorvatiya Azərbaycan ilə enerji, nəqliyyat İT texnologiyaları və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın aparılmasında maraqlıdır.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən 2015-ci ildə Birgə İqtisadi Komissiya yaradılmışdır. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək Birgə İqtisadi Komissiyanın ilk görüşünün 2017-ci ilin Noyabr ayında Bakıda keçirilməsi planlaşdırılmışdır.

 

İqtisadi Komissiya

28.11.2017-ci il - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın ilk iclası Bakı şəhərində keçirilmişdir.

14-15.03.2019-cu il - İqtisadi əməkdaşlığın şaxələndirilməsi və gücləndirilməsi məqsədilə Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın tərkibində işçi qrupun iclası Zaqreb şəhərində keçirilmişdir. İclasda Azərbaycan Respublikası Vergilər Nazirliyinin aparatının rəhbəri Nazim Səmədovun başcılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir

26.10.2021-ci il - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın ikinci iclası Zaqrebı şəhərində keçirilmişdir.

 

Biznes forum

25.10. 2016 - Bakı şəhərində Azərbaycan-Xorvatiya biznes forumu keçirilmişdir

29.04.2019 – Bakı şəhərində Azərbaycan-Xorvatiya biznes forumu keçirilmişdir.

20.10.2021  - Bakı şəhərində Azərbaycan-Xorvatiya biznes görüşü keçirilmişdir.

 

Ticarət dövriyyəsi

 

İl

Toplam

 İxrac

İdxal

2005

177.3

176.9

0.433

2006 

5.1

3.6

1,5

2007

40.9  

39.9

1.0

2008

573.5   

542.6

30.7

2009

194.5    

193.7

0.81

2010

789.1

787.17

1.9

2011

356.3

347.7

8.6

2012

2012

330.6

3.4

2013

222.5  

213.2 

9.3

2014

323

311.7 

11.3

2015

282.67 

279.9

2.77

2016 

284.75

233.6

51.2

2017

175.7

174.3  

1.43

2018

247.7

245.8   

1.93

2019

439,2

436.5

2.66

2020

473.2

470.8

2.42

2021

753.1

751.3

1.79

2022 964.1 952.3
1.7
 

2023
 
595.2 590.4 4.7

 

 

Hüquqi baza

 - Azərbaycan Respublikasının Aviasiya hakimiyyəti orqanı və Xorvatiya Respublikasının Aviasiya hakimiyyəti orqanı arasında Əməkdaşlıq Memorandumu.  Zaqreb, 10 iyun 2005-ci il.

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Bakı, 2 oktyabr 2007.

 - Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmamn aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş. Bakı, 12 mart 2012-ci il.

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş. Zaqreb, 11 mart 2013-cü il. 

 - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Zaqreb, 11 mart 2013-cü il.

 - Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş. Zaqreb, 11 mart 2013-cü il. 

 - 06.09.2018-ci il Zagreb şəhəri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti