“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında və 2020-ci il 11 iyun tarixli Qərar təsdiq olunmuş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:
1. Hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşları və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslərə;
2. Quru sərhədləri vasitəsilə yük daşımaları istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş xüsusi icazə əsasında.
Qeyd: Əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasını quru yolu vasitəsilə zəruri icazə tələb edilmədən tərk edə bilərlər.