2019-05-13

Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş bayram tədbiri

2019-cu ilin may ayının 9-da Azərbaycanın, Rusiyanın və Qazaxıstanın Xorvatiyadakı Səfirliklərinin təşəbbüsü ilə və Osiyek-Baraniya vilayətinin rəhbərliyinin dəvəti ilə Xorvatiyanın Batina və Beli Manastır şəhərlərində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş bayram tədbirləri keçirilmişdir.

Tədbirdə müharibə veteranları,  Azərbaycanın, Qazaxıstanın, Rusiyanın Xorvatiyadakı səfirləri, Osiyek-Baranya rayon təşkilatlarının rəhbərləri, və fəxri qonaqlar iştirak etmişlər.

Böyük Vətən müharibəsində həlak olmuş zabit və əsgərlərin xatirəsinə fəxri qarovul dəstəsi hərbi anım mərasimini keçirmiş, Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklillər qoyulmuşdur.

Tədbir çərçivəsində səfir F.Qurbanov Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Azərbaycanın ön və arxa cəbhəsindəki fəaliyyəti haqqında iştirakçılar qarşısında çıxış etmişdir.

Daha sonra tədbir iştirakçıları üçün konsert proqramı təşkil olunmuşdur.

Arxiv üzrə axtarış