2019-04-02

Səfir F.Qurbanovun Xorvatiya Dövlət Televiziyasına müsahibə vermişdir.

Xorvatiya Dövlət Televiziyasının HRT kanalında yayımlanan “Dobro Yutro Hrvatska” (Sabahın Xeyir, Xorvatiya) verilişinin müəllifi və aparıcısı müxbir Dubravka Jiljak 1 mart 2019-cü il tarixində Azərbaycan Respublikasının Xorvatiyadakı Səfiri F.Qurbanovdan müsahibə almış və 12 mart tarixində veriliş HRT kanalında efirə getmişdir.

Verilişin əvvəlində tamaşaçılara ölkəmiz haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan həmçinin “Odlar Yurdu” adlandırılır, Xəzər dənizinin sahilində yerləşən ölkə enerji ehtiyatlarına görə zəngin dövlətlərdən biri hesab olunur. Müxbir D.Jiljak 2018-ci ildə dövlət səviyyəsində Azərbaycan Demokratik Respublikasının qurulmasının 100 illiyi qeyd edildiyini və Azərbaycanın Şərqdə qadınlara səs vermək hüququ verən ilk dövlət olduğunu tamaşaçıların nəzərinə çatdırmışdır.

Daha sonra ölkəmizin təbii gözəlliyi ilə yanaşı paytaxt Bakı şəhərinin futuristik görünüşləri ilə şərq və qərb arxitekturasının unikal birləşməsi ilə "Şərqin Parisi" adlandırıldığı qeyd olunmuşdur.

Səfir F.Qurbanov müsahibə alan aparıcının geniş səpkili mövzulara toxunan sualarını cavablandıraraq bildirmişdir ki, Azərbaycan və Xorvatiya ikitərəfli dostluq münasibətləri bütün sahələrdə möhkəmlənməkdə davam etməkdədir. Səfir 2013-cü ildə Azərbaycan Prezidenti İ.Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı imzalanmış Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsini qeyd edərək, Xorvatiya ilə ölkəmiz arasında siyasi münasibətlər çox yüksək dövrünü yaşadığını vurğulamışdır.

Eyni zamanda ölkəmiz tərəfindən həyata keçirilən irimiqyaslı iqtisadi layihələr barədə məlumat verən səfir qeyd etmişdir ki, Xorvatiya-Azərbaycan iqtisadi münasibətlərinin potensialı böyükdür və artıq 20 yaxın Xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərir.

Səfir F.Qurbanov iki ölkə arasında mədəniyyət sahəsində də əməkdaşlığın genişləndiyini vurğulamış və Xorvatiyada təşkil olunan beynəlxalq mədəni tədbirlərdə Səfirliyin iştirak etdiyini qeyd etmişdir.

https://magazin.hrt.hr/495128/price-iz-hrvatske/veleposlanik-azerbajdzana-pametni-ste-inteligentni-predani-i-radisni

 

Arxiv üzrə axtarış