2018-04-19

19 aprel 2018-ci il tarixində Səfir F.Qurbanov Xorvatiya Parlamentinin Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Romana Yerkoviç ilə görüşmüşdür.

19 aprel 2018-ci il tarixində Səfir F.Qurbanov Xorvatiya Parlamentinin Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Romana Yerkoviç ilə görüşmüşdür.

Görüş zamanı Xorvatiya ilə Azərbaycan arasında ikitərəfli və parlamentlərarası əlaqələrə dair fikir mübadiləsi aparılıb. Səfir F.Qurbanov Dağlıq Qarabağ münaqişəsi, cəbhə xəttində Ermənistan tərəfində törədilən təxribatlar barədə, həmsöhbətlərinə məlumat vermiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinin vacib olduğunu vurğulamışdır.

Xanım Romana Yerkoviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın səviyyəsindən söhbət açılıb, Azərbaycanın “Ekspo 2025”ə ev sahibliyi etməsi üçün namizədliyinin Xorvatiya tərəfindən dəstəklənəcəyinə ümid ifadə edilib.

Arxiv üzrə axtarış