Səfirin sözü

Əziz dostlar!

Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyinin internet səhifəsində xoş gəlmişsiniz, burada Azərbaycan haqqında, dost Xorvatiya, eləcə də səfirliyimiz haqqında ümumi məlumatlar tapa bilərsiniz.

Təqdim olunan linklərə daxil olmaqla ölkəmiz haqqında daha çox məlumat əldə edə bilərsiniz. Ən yeni məlumatları təqdim etmək üçün internet səhifəmizi tez-tez yeniləyirik və ümid edirəm ki, bizim Azərbaycana kiçik pəncərəmiz sizə faydalı olacaqdır. Azərbaycana gəlməklə Odlar Yurdunu kəşf etmək istəyirsinizsə, veb saytımızda səyahət və viza barədə ətraflı məlumat var.

Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan həmişə fərqli dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşayış və tolerantlıq ölkəsi olmuşdur. Bugünkü Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyatı və savadlı əhalisi olan dünyəvi və demokratik ölkədir, Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının fəal üzvüdür.

Səfirliyimiz bütün gücü ilə Xorvatiya ilə Azərbaycan arasında konstruktiv və hərtərəfli əlaqələrin daha da geniş və dərin müstəvidə qurulmasına öz səylərini əsirgəməyəcəkdir.

Hər hansı bir sualınız, istək və ya şərhinizlə səfirliyimizə müraciət edə bilərsiniz.

Hörmətlə,

Fəxrəddin Qurbanov

Səfir

Arxiv üzrə axtarış