2020-03-06
Xorvatiyaya səfər edən Azərbaycan Respublikasının vətəndaşlarının nəzərinə!

Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin yaydığı məlumata əsasən Xorvatiya Respublikasına səfər edənlər sərhəd-keçid məntəqələrində sərhəd xidməti tərəfindən hansı ölkələrdən gəldikləri barədə sual olunacaqlar. Səfər edənlərin “koronavirus” xəstəliyinin geniş yayılmış ərazidən gəldiyi məlum olduğu təqdirdə, onlar səhiyyə inspektoru tərəfindən yoxlanılacaqlar. Əgər səyahətçilərin sözügedən xəstəliyə yoluxmuş insanlarla təmasda olmadıqları müəyyən olunsa səhiyyə inspektorları onların tibbi müayinədən keçmələrinə və daha sonra gündə bir dəfə olmaqla səhhətləri ilə bağlı yerli epidemioloji mərkəzlə əlaqə saxlamalarına dair qərar verəcəklər.

Qeyd olunur ki, həmin səyahətçilərin Xorvatiya Respublikası ərazisində hərəkətləri sərbəstdir.

növbəti xəbər əvvəlki xəbər