2018-09-25
Səfir F.Qurbanov Xorvatiya İqtisadi Palatasının prezidenti c-b. Luka Buriloviç ilə görüşmüşdür.

25 sentyabr 2018-ci il tarixində səfir F.Qurbanov Xorvatiya İqtisadi Palatasının prezidenti cənab Luka Buriloviç ilə görüşmüşdür. Səfir ticarət dövriyyəsinin iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və dostluq münasibətlərinin səviyyəsini tam əks etdirmədiyini bildirmişdir.

F.Qurbanov 2018-ci ilin sentyabr ayının 5-6 tarixlərində Azərbaycan Respublikası Prezidentinin Xorvatiyaya rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində yüksək səviyyəli görüşlər zamanı müxtəlif sahələr üzrə iki ölkə arasında əməkdaşlığın genişləndirilnməsi istiqamətində qarşılıqlı razılığın ifadə edilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyinə inandığını bildirmişdir.

Görüş zamanı iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.

əvvəlki xəbər