2018-01-15
Azərbaycan karateçiləri Xorvatiyada 8 medal qazanıblar

13-14 yanvar 2018-ci il tarixində yeniyetmə və gənclərdən ibarət seçmə komandalarmız Xorvatiyada 27-ci "Qran Pri" turnirini 8 medalla başa vurub. Karateçilərimiz Samobor şəhərində nüfuzlu ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.  Azərbaycanın Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov və konsul Emil Kazımov seçmə komandalarımızın yarışını izləyib. Turnirdən sonra mükafatçılarla görüşdə, F.Qurbanov mükafatçıları təbrik edib və komanda üzvlərinə uğurlar arzulayıb.

növbəti xəbər əvvəlki xəbər