2016-12-15
Səfir K.Xasiyev Xorvatiya Parlamentinin sədri B.Petrov ilə görüşmüşdür.

Səfir K.Xasiyev Xorvatiya Parlamentinin sədri B.Petrov ilə görüşmüşdür. Görüş zamanı həmsöhbətlər Azərbaycan ilə Xorvatiya arasındakı gözəl dostluq münasibətlərinin olduğunu qeyd edərək ikitərəli məsələlər barəsində müzakirələr aparmışlar. Səfir K.Xasiyev B.Petrova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verərək, Azərbaycanın ərazi bütövlüyünə Xorvatiya tərəfindən verilən daimi dəstəyə görə minnətdarlığını ifadə etmişdir. Tərəflər Xorvatiya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun üzvlərinin Azərbaycana səfəri daxil olmaqla iki ölkə parlametləri arasında əməkdaşlıq münasibətlərinin inkişafı haqqında fikir mübadiləsi aparmışlar. 


 

 

   

növbəti xəbər əvvəlki xəbər