2016-03-09
İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiçi qəbul edib

Prezident İlham Əliyev Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun önəmi vurğulandı. Forumun gündəliyinin geniş sahələri, o cümlədən energetika, təhlükəsizlik, terrorizmə qarşı mübarizə, qaçqınlar, dinlərarası əməkdaşlıq və digər sahələri əhatə etməsinin aktual məsələlərin geniş müzakirəsi baxımından yaxşı imkan yaratdığı və tədbirin artıq mühüm beynəlxalq Foruma çevrildiyi qeyd edildi.

 

növbəti xəbər əvvəlki xəbər