İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Diplomatik əlaqələr haqqında qısa tarixi arayış

Xorvatiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 28 Dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1995-ci ilin 26 Yanvar tarixində qurulmuşdur.

Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Səfirliyi 2001-ci ilin Fevral ayından fəaliyyətə başlamışdır. 2011-ci ilin 17 mart tarixində Səfir Kamil Xasiyev Xorvatiya Respublikasının Prezidenti cənab İvo Yosipoviçə Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri kimi etimadnaməsini təqdim etmişdir. 2011-ci ildə Xorvatiya Respublikasının Azərbaycan Respublikasında nümayəndəliyi fəaliyyətə başlamışdır.

Keçən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005 və 2013-cü illərdə Xorvatiya Respublikasına səfərləri, Xorvatiya Respublikasının Prezidenti cənab Stepan Mesiçin 2007-ci ildə, cənab İvo Yosipoviçin 2012-ci ildə və xanım Kolinda Qrabar Kitaroviçin 2016-ci ildə Azərbaycan Respublikasına səfərləri kimi qarşılıqlı rəsmi səfərlər baş tutmuşdur.

Əməkdaşlığın bütün sahələri üzrə bir sıra qarşılıqlı sənədlər imzalanmış və iki ölkə arasında gələcək əlaqələrin inkişafı üçün əsaslı bünövrə yaratmışdır. 2013-cü ilin 11 Mart tarixində imzalanmış “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji əməkdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi” iki ölkə arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir.

Yüksək səviyyəli qarşılıqlı səfərlər:

Ölkə başçıları:

10-12 İyun 2005 – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri;

2-3 Oktyabr 2007 – Xorvatiya Respublikasının Prezidenti cənab Stepan Mesiçin Azərbaycan Respublikasına rəsmi səfəri;

12-13 Mart 2012 – Xorvatiya Respublikasının Prezidenti cənab İvo Yosipoviçin Azərbaycan Respublikasına rəsmi səfəri;

11-12 Mart 2013 – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri;

24-25 Oktyabr 2016 - Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar Kitaroviçin Azərbaycan Respublikasına rəsmi səfəri.

Nazirlər:

4-6 Sentyabr 2007 -  Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Xorvatiya Respublikasına rəsmi səfəri;

5 Noyabr 2012 – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri cənab Şahin Mustafayevin Xorvatiya Respublikasına rəsmi səfəri;

6-8 Fevral 2013 – Xorvatiya Respublikasının müdafiə naziri cənab Ante Kotromanoviçin Azərbaycan Respublikasına rəsmi səfəri;

17-20 May  2014 – Xorvatiya Respublikasının ədliyyə naziri cənab Orsat Milyeniçin Azərbaycan Respublikasına rəsmi səfəri;

23-30 Oktyabr 2014 – Xorvatiya Respublikasının Xarici və Avropa İşləri naziri xanım Vesna Pusiçin Azərbaycan Respublikasına rəsmi səfəri;

10-12 Mart 2015 – Azərbaycan Respublikasının müdafiə naziri cənab Zakir Həsənovun Xorvatiya Respublikasına rəsmi səfəri;

07-08 İyul 2015 -  Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun Xorvatiya Respublikasına rəsmi səfəri;

15-16 İyul 2016 – Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədovun Xorvatiya Respublikasına rəsmi səfəri.

Parlamentlərarası əlaqələr :

4 - 7 İyul 2013 – Xorvatiya Parlamentinin Spikeri cənab Yosip Lekonun Azərbaycan Respublikasına rəsmi səfəri;

18-20 May 2014 – Azərbaycan Respublikası Milii Məclisinin Sədri cənab Oqtay Əsədovun Xorvatiya Respublikasına rəsmi səfəri;

 2000-ci ilin 5 Dekabr tarixində Azərbaycan Respublikası Parlamentində Azərbaycan və Xorvatiya parlamentlərarası işçi qrupu yaradılmışdır. 

2008-ci ildən Xorvatiya Parlamentində Xorvatiya-Azərbaycan parlamentlərarası işçi qrupu fəaliyyət göstərir.

Siyasi əməkdaşlıq:

Azərbaycan və Xorvatiya BMT, ATƏT, Avropa Birliyi və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirlər.

Xorvatiya Respublikası Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü tanıyır, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır. Xorvatiya Respublikası münaqişənin həllində ATƏT-in Minsk Qrupunun səylərini yüksək qiymətləndirir.

Əsas sənədlər:

1. Azərbaycan Respublikası Prezidentinin Xorvatiya Respublikasına rəsmi səfərinə dair Birgə Bəyannamə. Zaqreb, 10-12 iyun 2005-ci il.

2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Xorvatiya Respublikasının Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Zaqreb, 10 iyun 2005-ci il.

3. Azərbaycan Respublikası və Xorvatiya Respublikası Prezidentlərinin Birgə Bəyannaməsi. Bakı, 2 oktyabr 2007-ci il.

4. Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş. Bakı, 12 mart 2012-ci il.

5. Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi. Zaqreb, 11 mart 2013-cü il.

 

Müxtəlif səviyyələrdə təşkil olunmuş siyasi məsləhətləşmələr və görüşlər. 

25-26 Oktyabr 2010, Bakı – xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

8-9 May 2011, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

26 Oktyabr 2011, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

27 Fevral 2013, Zaqreb - xarici işlər nazirlikləri arasında beynəlxalq təhlükəsizlik üzrə məsləhətləşmələr;

5-6 Mart 2013, Zaqreb - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

15 Aprel 2014, Bakı -  xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri;

27 Aprel  2017, Bakı - xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr;

1 İyun 2017, Zaqreb - xarici işlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri.

İqtisadi sahədə əməkdaşlıq:

İqtisadi əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycan-Xorvatiya əlaqələrinin prioritet məsələsidir. Azərbaycan Xorvatiya ilə maşınqayırma, gəmiqayırma, telekommunikasiya, farmakologiya, turizm və iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlıq edir. Eyni zamanda Xorvatiya Azərbaycan ilə enerji, nəqliyyat İT texnologiyaları və kənd təsərrüfatı sahələrində də əməkdaşlığın aparılmasında maraqlıdır.

“Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə əsasən 2015-ci ildə Birgə İqtisadi Komissiya yaradılmışdır. İki ölkə arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək Birgə İqtisadi Komissiyanın ilk görüşünün 2017-ci ilin Noyabr ayında Bakıda keçirilməsi planlaşdırılmışdır.

 25 oktyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan-Xorvatiya Biznes Forumu keçirilmişdir.

İl        Ticarət dövriyyəsi        İxrac          İdxal

2005          177.3                   176.9         0.433

2006          5.1                      3.6              1,5

2007          40.9                    39.9            1.0

2008         573.5                   542.6         30.7

2009          194.5                   193.7         0.81

2010          789.1                   787.17      1.9

2011          356.3                  347.7          8.6

2012          334                    330.6          3.4

2013          222.5                  213.2          9.3

2014          323                    311.7          11.3

2015          282.67                279.9          2.77

2016          284,751              233,569       51,182

*Mənbə: Dövlət Statistika Komitəsi (milyon USD)

 

Əsas sənədlər:

1.Azərbaycan Respublikasının Aviasiya hakimiyyəti orqanı və Xorvatiya Respublikasının Aviasiya hakimiyyəti orqanı arasında Əməkdaşlıq Memorandumu.  Zaqreb, 10 iyun 2005-ci il.

2.Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş. Bakı, 2 oktyabr 2007.

3.Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmamn aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş. Bakı, 12 mart 2012-ci il.

4.Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş. Zaqreb, 11 mart 2013-cü il. 

5.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Zaqreb, 11 mart 2013-cü il.

6.Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında ətraf mühit və təbiətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş. Zaqreb, 11 mart 2013-cü il. 

Humanitar sahədə əməkdaşlıq:

İki ölkə arasında mədəniyyət, turizm, idman, elm və təhsil sahələrində humanitar əməkdaşlıq uğurla inkişaf edir.

2013-cü ilin 17-19 Dekabr tarixlərində Xorvatiya Respublikasının turizm naziri cənab D.Lorençin Azərbaycan Respublikasına səfər etmişdir.2014-cü ilin 8-9 İyul və 2015-ci ilin 27-29 May tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Ə.Qarayev Xorvatiya Respublikasına səfər etmişdir.

2014-cü ildə Zaqreb Universitetində Xorvatiya vətəndaşlarına Azərbaycan dilinin öyrənilməsində kömək göstərən Azərbaycan dili kursları təşkil edilmişdir.

2014-cü ildən etibarən məhşur Xorvatiya futbolçusu olmuş R.Prosineçki Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisidir.

Əsas sənədlər:

Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında mədəni əməkdaşlıq haqqında Saziş. Zaqreb, 10 iyun 2005-ci il.

Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Bakı,12 mart 2012-ci il.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xorvatiya Respublikasının Sosial Siyasət və Gənclər Nazirliyi arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Zaqreb, 11 mart 2013-cü il. 

Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında elm və texnika sahəsində əməkdaşlıq haqqında Saziş. Zaqreb, 11 mart 2013-cü il.  

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu. Zaqreb, 11 mart 2013-cü il.

Hüquq-müqavilə bazası: 

İki ölkə arasında 20 sənəd imzalanmışdır.

30 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Xorvatiyadakı Səfiri cənab Kamil Xasiyev iki ölkə arasındaki münasibətlərə verdiyi töhfəyə görə Xorvatiya Respublikası Prezidenti xanım K.Q.Kitaroviç tərəfindən " Lenlə olan knyaz Branimir Ordeni" ilə təltif olunmuşdur.